"Neftçi" - "Zenit" oyununun hakimi məlum olub

Xəbərlər
18 Noyabr 2023 12:22
246
"Neftçi" - "Zenit" oyununun hakimi məlum olub

Bu gün “Neftçi” futbol klubu ilə Rusiyanın “Zenit” komandası arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabarov olacaq.

Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Oyunun VAR hakimləri Rəşad Əhmədov və Pərvin Talıbov olacaq.

Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

İdman.biz