Azərbaycan çempionatında qeyri-adi hesab – 27:0

Xəbərlər
13 Noyabr 2023 13:41
396
Azərbaycan çempionatında qeyri-adi hesab – 27:0

Futbol üzrə Azərbaycan Yüksək Qızlar Liqasında qeyri-adi hesab qeydə alınıb.

İdman.biz xəbər verir ki, çempionatın ilk turunda “Sumqayıt” rəqib qapısından nə az, nə çox – 27 cavabsız top keçirib.

Matçda ümumilikdə 10 oyunçu (!) fərqlənib. Azərbaycan çempionun qollarından 11-ni millimizin futbolçusu Şəfəq Nəsirova vurub.

“Araz-Naxçıvan” – “Şəmkir” görüşündə isə birincilər 11:1 hesabı ilə qalib gəliblər. Turun digər matçında “Balxurma” (Balakən) “İnter”i (Xaçmaz) 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, turun 3 qarşılaşmasında 43 qol vurulub.

Qeyd edək ki, Liqada 8 klub oynayır. “Qəbələ” – “Baku Juniors” matçı hələ baş tutmayıb.

İdman.biz