Millimiz 0:9 hesabı ilə uduzub

Xəbərlər
11 Noyabr 2023 17:32
246
Millimiz 0:9 hesabı ilə uduzub

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirib.

İdman.biz xəbər verir ki, Sloveniyada təşkil olunan matçda yığmamız ev sahibi ilə qarşılaşıb.

Oyun rəqib komandanın qələbəsi ilə başa çatıb. İlk hissədə 7 qol vuran sloveniyalılar yekunda 9:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, futbolçularımız ilk turda Kosovaya 0:3 hesabı ilə uduzub. Komandamız seçmə mərhələdə son oyununu noyabrın 14-də Moldova yığmasına qarşı keçirəcək.

İdman.biz