Azərbaycan millisinin üzvü Coşqun Diniyevin komandası növbəti xal itkisini yaşayıb.
İdman.biz-in məlumatına görə, “Umraniyəspor” öz meydanında 1:1 hesabı ilə heç-heçə oynayıb.
Umraniyəlilər “Tuzlaspor”un müqavimətini qıra bilməyiblər. Diniyevin komandası hesab açsa da, qonaqlar tezliklə hesabı bərabərləşdiriblər. Start heyətində meydana çıxan Coşqun oyunun ən yaxşılarından biri olub.
Qeyd edək ki, “Umraniyəspor” 11 oyundan sonra 9 xalla 16-cı pillədə qərarlaşıb. Komanda növbəti turda “Şanlıurfaspor”un qonağı olacaq.
İdman.biz