“Oyunumuzdan razı qaldım. Komandanın çoxlu qol vəziyyətləri yaratması məni sevindirdi”.
İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” üzərində 2:0 hesabı ilə qazanılan qələbədən sonra mətbuat konfransında iştirak edib. Mutu hücumçuların az qol vurmasına aydınlıq gətirib: “Oyunlar zamanı çoxlu qol vəziyyətləri yaradırıq. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Futbolçularımız qapı qarşısında daha diqqətli olmalıdırlar. Bunun üçün zamana ehtiyac var. Çox çalışıb, çatışmazlıqları aradan qaldıracağıq”.
Adrian Mutu Qəbələdəki stadionla bağlı açıqlama verib. O, digər meydançaların da belə olmasının vacibliyini bildirib: “Olanarenin vəziyyətini bilmirəm. Əzələ problemi var idi, ümid edirəm zədəsi ciddi deyil. Tez-tez müxtəlif örtüklü meydançalarda oynayanda bu problemi yaşamaq mümkündür. Qəbələdə stadionların vəziyyəti çox yaxşısıdır. Hər yerdə belə meydançaların olması önəmlidir”.
İdman.biz