“Araz-Naxçıvan”nın qapıçısı: “Hər zaman böyük komandaları məğlub etmək xoş olur” - MÜSAHİBƏ

Müsahibə
31 Oktyabr 2023 12:34
153
“Araz-Naxçıvan”nın qapıçısı: “Hər zaman böyük komandaları məğlub etmək xoş olur” - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın moldovalı qapıçısı Kristian Avramın İdman.biz saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ”ı məğlub etdiz. Bu, komandadakı abu-havaya necə təsir etdi?

- Çox gözəl hisslərdir. Hər zaman böyük komandaları məğlub etmək xoş olur.

- Oyundan əvvəl “Qarabağ”ı məğlub edəcəyinizə nə qədər inanırdız?

- Hər matçda qələbəyə köklənirik və bunu hər şeydən əvvəl düşünürük. Əgər “Qarabağ” kimi güclü rəqiblərə qarşı matçlara maksimum nəticə əldə etmək üçün çıxmırsansa, o zaman oyun çox çətin olur. Bu qələbə komanda üçün yaxşı impuls oldu, ancaq bizi arxayınlaşdırmamalıdır. Zövq aldıq və qarşıdakı oyunlara baxmalıyıq.

- “Qarabağ” üzərində qələbədən sonra “Araz-Naxçıvan” çempionluq uğrunda oynamaq haqqında düşünə bilərmi?

- Çempionatın yarısı hələ geridə qalmayıb. Hələ nəsə demək üçün tezdir. Növbəti oyuna hazırlaşırıq. Sona hələ çox var. Növbəti matça yaxşı hazırlaşıb, irəli baxacağıq.

- Karyeranızda ilk dəfə ölkə xaricində oynayırsız. “Araz-Naxçıvan”dan təklif necə gəldi?

- Menecerim mənə zəng etdi və “Araz-Naxçıvan”nın mənə təklif göndərdiyini dedi. Klubun rəhbərliyinə mənə inandığı üçün təşəkkürümü bildirirəm.

- Kluba çox tez adaptasiya olunduz. Çempionatda ən az qol buraxan qapıçılardansız. Bunun sirri nədir?

- Komanda yoldaşlarım sayəsində kluba tez adaptasiya olundum. Onlar məni çox isti qarşıladılar. Klubun çox təcrübəli məşqçilər heyəti var. Qapıçılar üzrə məşqçi də mənə hər zaman dəyərli məsləhətlər verir və inkişafımıza kömək edirlər.

- Azərbaycan çempionatını necə dəyərləndirirsiz?

- Çox yaxşı çempionatdır. Yüksək səviyyəli futbol və böyük rəqabət var. Bütün bunlar Azərbaycan çempionatı üçün böyük üstünlükdür.

Emin Ağa

İdman.biz