Yığmamız Küveytə qalib gəlib

Xəbərlər
31 Oktyabr 2023 21:54
182
Yığmamız Küveytə qalib gəlib

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında bu gün növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığma Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan mundialda Küveytlə qarşılaşıb.

2 oyunda qələbə qazanan Elşad Quliyev yetirmələri 1/8 finala vəsiqəni təmin etsələr də, yenə 3 xal qazanıblar. Millimiz 3:1 hesabı ilə qalib gəlib.

Qrupun digər görüşündə Misir İraqla oynayıb və 4:2 hesabı ilə qalib gəlib.

Dünya çempionatı
31 oktyabr
G qrupu
III tur
21:00. Azərbaycan – Küveyt - 3:1
Qollar:
Cəfər Cəfərov, 15. Mirmehdi Rzayev, 38. Təmkin Xəlilzadə, 44 - Fahad Ahmad, 1

09:00. Misir – İraq - 4:2

1

Azərbaycan

3

3

0

0

9-2

9

2

Misir

3

2

0

1

7-6

6

3

İraq

3

0

1

2

7-11

1

4

Küveyt

3

0

1

2

6-10

1

İdman.biz