Yığmamızın futbolçusu: “Təcrübə hesabına inamlı qələbə qazandıq”

Xəbərlər
28 Oktyabr 2023 13:32
102
Yığmamızın futbolçusu: “Təcrübə hesabına inamlı qələbə qazandıq”

“Hər zaman ilk oyunlar çətin olur. Adaptasiya problemi yaşanır”.

Bunu İdman.biz saytına minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə deyib.

Dünya çempionatında İraqla (2:0) matçda 2-ci qolun müəllifi çətin olsa da, qələbə qazandıqlarına sevindiklərini bildirib: “Avropa çempionatında Rumıniya ilə ilk turda çətinliklər yaşamışdıq. Şükürlər olsun ki, bu gün qələbə qazandıq. Rəqib bizə müəyyən epizodlarda problem yaratmağa çalışdı. Təcrübə hesabına inamlı qələbə qazandıq. Xalqımızı təbrik edirəm. Bilirik ki, bizi Bakıda, Azərbaycanda dəstəkləyən çoxdur, oyunlarımızı izləyirlər. Onların diqqəti böyük motivasiyadır. Növbəti görüşlərdə də onları sevindirməyə çalışacağıq".

Qeyd edək ki, milli Misirlə oktyabrın 29-da oynayacaq. Rəqib ilk turda Küveytə 2:0 hesabı ilə qalib gəlib.

Emin Ağa

İdman.biz