Toral Bayramov və Marko Yankoviç mükafatlandırılıb

Xəbərlər
10 Noyabr 2024 19:20
207
Toral Bayramov və Marko Yankoviç mükafatlandırılıb

"Qarabağ"ın futbolçuları Toral Bayramov və Marko Yankoviç mükafatlandırılıb.

İdman.biz xəbər ki, onlar 100 dəfə Ağdam klubunun formasını geyiniblər.

Yubiley matçı Avropa Liqasında "Bodo Qlimt"lə (2:1) görüşə təsadüf edib. Misli Premyer Liqasının 13-cü turunun "Zirə" ilə görüşündən əvvəl Bayramov və Yankoviçə klubun 100 yazılmış forması təqdim olunub.

Qeyd edək ki, mükafatı "Qarabağ"ın baş direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov verib.

İdman.biz