Azər Bağırov: “Matç yaxşı keçdi”

Xəbərlər
17 Yanvar 2026 18:26
37
Azər Bağırov: “Matç yaxşı keçdi”

“Bu qarşılaşmada da gənc futbolçulara və yeni transferlərə şans verdik”.

İdman.Biz xəbər verir ki, bu sözləri Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

“Kəpəz”in baş məşqçisi “Karvan-Yevlax”a qarşı keçirilən yoxlama oyunu ilə bağlı danışıb:

“Matç yaxşı keçdi. Bu qarşılaşmada da gənc futbolçulara və yeni transferlərə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. Bir günlük istirahətdən sonra “Qarabağ”la oyunun hazırlığına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Karvan-Yevlax” - “Kəpəz” görüşündə hesab açılmayıb.

İdman.Biz