“Neftçi”nin futbolçusu: “Gəldiyim gündən ancaq yaxşı şeylər görmüşəm” - MÜSAHİBƏ

12 Oktyabr 2026 18:08
116
“Neftçi”nin futbolçusu: “Gəldiyim gündən ancaq yaxşı şeylər görmüşəm” - MÜSAHİBƏ

“Çox yaxşı idi. Azarkeşlərin yüksək dəstəyi var idi”.

Bunu “Neftçi”nin futbolçusu Adeleke Akinyemi futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Azərbaycan liqasında və “Neftçi”də özünüzü necə hiss edirsiniz?

– Çox yaxşı hiss edirəm. Düşünürəm ki, bura mənim üçün yaxşı seçimdir. Bütün düşüncələrim pozitivdir. Gəldiyim gündən ancaq yaxşı şeylər görmüşəm. Bu səbəbdən özümü rahat və motivasiyalı hiss edirəm.

– Azərbaycan və son oynadığınız Finlandiya çempionatlarını müqayisə etsək…

– Azərbaycan çempionatını seçərəm. Həqiqətən bura daha yaxşıdır. Rəqabətli çempionat var. Hələ ki, qısa müddətdir burdayam, amma xeyli pozitiv fikirlər formalaşıb.

– Növbəti oyununuz “Qarabağ”a qarşıdır. Onlara qalib gələ biləcəksiz?

– Düşünürəm ki, qələbə qazana bilərik. Baxmayaraq ki, rəqibimiz güclüdür. Amma biz də meydana 3 xal üçün çıxacağıq.

– “Qarabağ” haqqında məlumatınız var?

– Əlbəttə. “Qarabağ” Azərbaycanın ən yaxşı klubudur. Amma biz qələbə qazanmaq istəyirik.

– “Sabah”la matçda azarkeşlərin yaratdığı atmosfer xoşunuza gəldi?

– Çox yaxşı idi. Azarkeşlərin yüksək dəstəyi var idi. Ona görə çox bəyəndim.

İdman.Biz