Aftandil Hacıyev “Sabah”ın Çempionlar Liqasındakı şanslarını dəyərləndirib

12 Oktyabr 2026 17:07
80
Aftandil Hacıyev “Sabah”ın Çempionlar Liqasındakı şanslarını dəyərləndirib

“Əlbəttə, püşk “Sabah” üçün çətin oldu. Amma “Slaviya” və “Vikinq”lə matçlarda xal və ya xallar qazanmaq haqqında düşünmək olar”.

Bu sözləri “Qarabağ” akademiyasının koordinatoru Aftandil Hacıyev “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın “Slaviya” (Praqa) klubuna qarşı keçirəcəyi matçı dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis təmsilçimizin şanslarını, azarkeş dəstəyinin rolunu və rəqibin güclü tərəflərini diqqətə çatdırıb.

“Sabah” ÇL-də debüt edir və istənilən nəticə böyük təcrübə baxımından uğurlu sayılmalıdır. Doğma azarkeş amilini də nəzərə alsaq, şanslı tərəf kimi “Sabah”ı görmək olar. Tribunalarda 60 min azarkeş gözlənilir və onların dəstəyi komandamızın gücünə güc qatacaq. Rəqibə gəlincə, “Slaviya” ÇL-ə vəsiqə qazanana qədər İsrail və Danimarka çempionlarını dörd-beş qol vuraraq məğlub edib, hücumda çox təhlükəlidirlər. Buna baxmayaraq, “Sabah”ın digər oyunlarda da xal qazanmaq şansı var”, - deyə o offsideplus.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, “Sabah” - “Slaviya” qarşılaşması oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

İdman.Biz