Rüstəm Məmmədov: “Üç yoxlama oyunu nəzərədə tutulub”

Xəbərlər
17 Yanvar 2026 18:07
38
Rüstəm Məmmədov: “Üç yoxlama oyunu nəzərədə tutulub”

Birinci Liqada çıxış edən “Zaqatala”da klubdaxili iclas keçirilib.

Bu barədə bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, artıq mövsümün ikinci yarısı üçün məşqlərə start veriblər.

“Rəhbərliklə görüşümüz oldu. Planlarımız müəyyənləşdi. Üç yoxlama oyunu nəzərdə tutulub” , - deyə o, sport24.az-a açıqlamasında deyib.

Baş məşqçi “büdcəniz transfer etməyə imkan verəcəkmi” sualını bu cür cavablandırıb:

“Axtarışdayıq. Hansı variant uyğun olsa, dəyərləndirəcəyik. 1 və ya 2 oyunçu transfer edəcəyik. Alınmasa, belə də də davam edəcəyik”.

Qeyd edək ki, hazırda aktivində 17 xal olan “Zaqatala” qış fasiləsinə beşinci pillədə yollanıb.

İdman.Biz