Rəşad Sadıqov: “Qarabağ“ nəticələri ilə qururlandırır”

Xəbərlər
17 Yanvar 2026 16:27
57
Rəşad Sadıqov: “Qarabağ“ nəticələri ilə qururlandırır”

“Son iki mövsüm çempionatda ikinci yeri tutmuşuq. Əsas hədəflərimizdən biri avrokuboklara vəsiqə qazanmaqdır”.

İdman.Biz xəbər verir ki, bu sözləri “TRT Spor”a açıqlamasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis “Zirə”nin çıxışı barədə söz açıb:

“Bu il rəqiblərimiz də çox güclüdür. Mövsümün əvvəlindən çətin olacağı bəlli idi. Bunu hər qarşılaşmada hiss edirik. Hazırda ilk “3-lük”də qərarlaşmışıq. Dördüncü sırada olan komanda bir oyun az keçirib. Amma önəmli olan mayda mövsümü istədiyimiz yerdə başa vurmaqdır. UEFA Konfrans Liqasının əsas mərhələsinə düşməyə çox yaxın idik. Pley-offda uduzduq. Əsas hədəflərimdən biri klubumuzun və milli komandamızın nə vaxtsa böyük turnirlərdə iştirakını təmin etməkdir”.

Sadıqov “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışına da toxunub:

“Qarabağ” nəticələri ilə qürurlandırır. Bütün Türk dövlətləri qürurlanır. Yaxından izləyirik. Çox xoşbəxtik. UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları Bakıda keçirilir. Komandanın növbəti mərhələ üçün şansları var. Bunun üçün mübarizə aparırlar. Bu, bir vaxtlar bizim üçün xəyal idi. Azərbaycanda idmana dövlət tərəfindən böyük diqqət var. Son illərdə futbolda da uğurlar qazandığımıza görə xoşbəxtik”.

O, Türkiyə Superliqasında da baş məşqçi kimi işləmək istədiyini söyləyib:

“Qismət olsa, bu çempionatda çalışmaq istəyərəm”.

İdman.Biz