“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov zədə səbəbindən milli komandanın düşərgəsindən ayrılıb.
İdman.biz xəbər verir ki, Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı təcrübəli futbolçunun “Qarabağ”la oyunda zədə aldığını deyib.
O, klubun saytına bildirib ki, epizodların birində ona qarşı kobudluq zamanı yıxılarkən bud əzələsində dartılma baş verib: “Hazırda ağrıları var. Təxminən iki həftəlik müalicədən sonra əvvəlcə fərdi olaraq, daha sonra komanda ilə məşqlərə başlayacaq”.
İdman.biz