“Araz-Naxçıvan” yoxlama görüşü keçirəcək

Xəbərlər
8 Oktyabr 2023 10:47
114
“Araz-Naxçıvan” yoxlama görüşü keçirəcək

Milli komandanın AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya yığmaları ilə keçirəcəyi oyunlarla bağlı Azərbaycan Premyer Liqasında fasilə yaranacaq.

İdman.biz xəbər verir ki, bu səbəbdən “Araz-Naxçıvan” futbolçuları 3 günlük istirahət vedəcəklər.

Bundan sonra komanda üzvləri oktyabrın 11-də toplaşacaq və məşqlərini Bakıda davam etdirəcək. Oktyabrın 14-də komanda yoldaşlıq oyunu keçirəcək. Rəqib Premyer Liqanın digər təmsilçisi “Turan Tovuz”la olacaq.

Görüşün keçiriləcəyi məkan və başlama saatı hələ tam bəlli deyil.

İdman.biz