Qurban Qurbanov: “Dünya ictimaiyyəti görür ki, onlara nə köməklik lazımdırsa, edilir”

Xəbərlər
4 Oktyabr 2023 23:08
114
Qurban Qurbanov: “Dünya ictimaiyyəti görür ki, onlara nə köməklik lazımdırsa, edilir”

“Bizim həmvətənlərimiz 30 ildən sonra doğma torpaqlarına qayıdırlar”.

İdman.biz saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçdə Avropa Liqasının “Hekken”lə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

O, isveçli jurnalistin “Ermənilər Qarabağı tərk edir, bu sizə necə təsir edir?” sualına Qarabağ həqiqətləri barədə məlumat verib. Təcrübəli mütəxəssis digər ölkənin nümayəndələri üçün yaradılan şəraitdən danışıb: “ Ətraflı məlumat verməyə ehtiyac yoxdur. Hamının baş verən olaylardan xəbəri var, olub. Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Digər ölkənin nümayəndələri orada yerləşmişdilər. Amma bu gün onlar öz doğma ölkələrinə gedirlər. Digər ölkənin nümayəndələri çox gözəl şəkildə yola salınır. Dünya ictimaiyyəti görür ki, onlara nə köməklik lazımdırsa, edilir. Onlar üçün çox rahat şərait yaradılıb və onlar öz ölkələrinə gedirlər. Biz özümüzü daha yaxşı hiss edirik, çünki torpaqlarımız qayıtdı. Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, “Hekken” – “Qarabağ” qarşılaşması sabah keçiriləcək.

İdman.biz