“Turan-Tovuz” Azrbaycan Premyer Liqasının VIII turunda öz meydanında “Neftçi”yə 0:1 hesabı ilə uduzub.
İdman.biz saytı xəbər verir ki, qərb klubunu baş məşqçisi oyunun stresli keçdiyini bildirib.
Abbasov səbirli olmağı tövsiyə edib. O, səhvlərdən nəticə çıxarmalı olduqlarını deyib: “Qənirə xanımı ehtiramla yad edrik. O, həm Azərbaycan üçün, həm də, “Turan Tovuz” üçün önəmli insan idi. Ən böyük arzusu komandamızın Premyer Liqada oynaması idi. Bunun üçün çox çalışırdı. Ailəsinə, sevənlərinə başsağlığı veririk. Allah rəhmət eləsin. Oyuna gəldikdə “Neftçi”nin son iki oyundur aqressiv və oyundan-oyuna daha yaxşı olduğunu görürük. Bu gün də bu təzyiqi gördük. Stresli oyun idi. İkinci hissədə oyunda dönüş yaratmaq istədik. Bizim də qol imkanlarımız oldu. İlk qolu vursaydıq oyun bizim üçün yaxşı bitə bilərdi. Təəssüf ki, standart vəziyətdən qol buraxdıq. Çempionat davam edir. Ən gərgin vaxtlara keçirik. Çünki zədə, vərəqə cəzlarının çoxaldığı bir dönəmə giririk. Səbrli olmalıyıq. Səhvlərimizdən nəticə çıxarmalıyıq”.
İdman.biz