Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənəlizadənin formasını geyindiyi Türkiyə 1-ci liqa təmsilçisi “Tuzlaspor”da maraqlı hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, komandanın oyunçusu Filip Qameli Avukuya viza verilmədiyi üçün futbolçu ölkəsi Qananı tərk edə bilməyib. Bu səbəbdən də futbolçu artıq 3 rəsmi oyundur ki, İstanbul təmsilçisinə kömək edə bilmir.
Klub bununla bağlı bu açıqlamanı verib: “Filip Avuku millinin oyunu ilə başlı Qanaya dəvət olunmuşdu. Ancaq o bundan sonra Türkiyəyə qayıda bilmədi. Onun Qanadan qayıtmasına Türkiyə səfirliyi icazə verməyib. Niyə viza verilməyib? Məğlubiyətimizi səfirlik qarşılayacaq? Futbolçumuz 15 gün ərzində 3 rəsmi oyunu buraxıb. Türkiyə Futbol Federasiyası da məsələ ilə bağlı susur”, deyə klub açıqlama verib.
Qeyd edək ki, “Tuzlaspor” 6 turdan sonra 3 xalla 17-cidir.
Emin Ağa
İdman.biz