"Qarabağ"dan Avropa Liqasında uğurlu start - VİDEO

Xəbərlər
21 Sentyabr 2023 22:41
178
"Qarabağ"dan Avropa Liqasında uğurlu start - VİDEO

Bu gün Avropa Liqasının qrup mərhələsi start götürüb.

İdman.biz saytı xəbər verir ki, "Qarabağ" öz meydanında "Molde" ilə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb.

Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra daha kəskin hücumlar edən "Qarabağ" 55-ci dəqiqədə istəyinə çatıb. Leandro Andrade topu qapıdan keçirib. Sonadək üstünlüyünü qoruyan Ağdam təmsilçisi tarixində ilk dəfə Avropa kuboklarının qrup mərhələsinə qələbə ilə start verib.

Avropa Liqası, qrup mərhələsi

I tur
21 sentyabr
H qrupu
20:45. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 1:0
Qol:
Leandro Andrade, 55
Baş hakim: Con Biton (Şotlandiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": 99. Andrey Lunyov, 2. Mateu Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
"Molde": 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus VolffEikrem (k)
Baş məşqçi: Erlinq Moe

İdman.biz