Futbol eksperti: "Qarabağ"ın qələbəsini və ya heç-heçə gözləyirəm”

Müsahibə
20 Sentyabr 2023 15:27
157
Futbol eksperti: "Qarabağ"ın qələbəsini və ya heç-heçə gözləyirəm”

“Molde”ni azərbaycanlı futbolsevərlər daha çox "Qalatasaray"la oyunlardan tanıdı. Çünki Azərbaycanda "cim-bom"lu azarkeşlərimiz çoxluq təşkil edir. Ona görə bu oyunlarda rəqibi yetəri qədər tanıdıq”.

Bunu İdman.biz saytına futbol eksperti Emin Abbasov deyib.

O, sabah UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın evdə "Molde" (Norveç) ilə keçiriləcək oyununu şərh edib. Abasov bildirib ki, rəqib olduqca dinamik komandadır, maraqlı futbol sərgiləyirlər: "Qalatasaray"ın heyətində İkardi kimi güclü futbolçuların fərdi ustalığı olmasaydı, "Molde"ni keçmək asan olmayacaqdı. Ona görə deyə bilərəm ki, çox çətin rəqiblə üz-üzəyik. Norveçlilər özünəməxsus tərzdə futbol nümayiş etdirir, çox hərəkətli kollektivdir, rəqiblərinə sürətli futbol təklif edirlər. Düzdür, "Qarabağ"da bu mövsüm ötən ilki kimi AL-ın qrupuna düşməyi bacardı, ancaq ötən ilki kimi parlaq futbol nümayiş etdirə bilmədi. Burda zədəli oyunçuların olması, bəzi futbolçuların gedişi, onların səviyyəsinə uyğun futbolçuların tapılmaması kimi səbəblər var ki, bu barədə çox danışılıb”.

Futbol eksperti düşünür ki, "Qarabağ" evdə "Molde"yə qarşı oynayıb qələbə qazana bilər: “Heç-heçə də mümkündür. Hər halda, "Qarabağ"ın evdə məğlubiyyətini gözləmirəm. Amma maraqlı qarşılaşma olacaq, kifayət qədər sürətli, baxımlı futbol sərgilənəcək. Bu görüşdə "Qarabağ"ın qələbəsini və ya heç-heçəsini gözləyirəm”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Ağa Dadaşzadə