"Neftçi"nin zədəli futbolçularının son durumu açıqlanıb

Xəbərlər
16 Sentyabr 2023 14:33
74
"Neftçi"nin zədəli futbolçularının son durumu açıqlanıb

"Neftçi"nin zədəli futbolçularının son durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.

Onun sözlərinə görə, hələ də zədəsini sağaltmayan Rəhman Hacıyevin müalicəsi davam edir və futbolçu fərdi hərəkətlərlə kifayətlənir: "Ömər Buludov və Eddi İsrafilov komanda ilə məşqlərə qoşulublar. Qapıçı Emil Balayevin isə bərpa prosesi davam edir".

Qeyd edək ki, "Neftçi" bu gün VI turda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da start götürəcək.

İdman.biz