Sərxan Hacıyev: "Həmin danışılmış oyunla bağlı araşdırma aparılır" - VİDEO

Xəbərlər
16 Aprel 2024 00:27
265
Sərxan Hacıyev: "Həmin danışılmış oyunla bağlı araşdırma aparılır" - VİDEO

Azərbaycan futbolunda növbəti dəfə danışılmış oyunlarla bağlı araşdırma aparılır.

İdman.biz xəbər verir ki, bu barədə “CBC-Sport”a AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O, açıqlamasında Azərbaycan çempionatının 1-ci Liqasında “İrəvan” – “Araz Saatlı” (1:4) oyunu ilə bağlı müvafiq qurumlara müraciət olunduğunu bildirib: “AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daima diqqətimizdə saxlayırıq. Sözügedən məsələlərlə bağlı siqnal və məlumat daxil olduqda dərhal müəyyən edilmiş addımlar atılır. Müvafiq qurumlara məlumat ötürülür və məsələ araşdırılır. Sözügedən “İrəvan” – “Araz Saatlı” oyunu ictimaiyyətdə müəyyən söz-söhbət doğurduğu üçün bizim tərəfimizdən nəzarətə götürüldü. Bu barədə UEFA-ya da məlumat ötürülüb. Onlar tərəfindən bu oyunla bağlı AFFA-ya hər hansı məlumat verilməsi mümkündür. Qeyd etdiyim kimi, müəyyən addımlar atılıb, güc strukturlarına müraciət olub. Məsələ tam araşdırıldıqdan sonra bu barədə ictimaiyyətə ərtraflı məlumat veriləcək”.

Qeyd edək ki, artıq “İrəvan” klubu danışılmış oyunlarla bağlı cəzalanıb. AFFA-nın İntizam Komitəsi klubun futbolçularını ömürlük və uzun müddətə futboldan uzaqlaşdırıb.

İdman.biz