Krunoslav Renduliç: “Belə davam etsək…”

Xəbərlər
14 Aprel 2024 23:12
164
Krunoslav Renduliç: “Belə davam etsək…”

“Futbolçularımı təbrik edirəm. Onların hər biri ilə fəxr edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXX turunda qazanılan 3:2 hesablı qələbəni şərh edib: “Oyunçular bu gün möhtəşəm mübarizə apardılar. Meydanda aslanlar kimi döyüşdülər. Belə davam etsək, hər komandaya qalib gələ bilərik. Bilirdik ki, "Qarabağ" çox yaxşı komandadır. Bu qələbəyə layiq idik. Bu gün qələbəni qeyd edib sabahdan etibarən növbəti oyuna hazırlaşacağıq”.

“Sabah”ın baş məşqçisi “Qarabağ”a qarşı düzgün oynadıqlarını bildirib: "Qarabağ" Azərbaycanın ən yaxşısıdır. İstəyirdik ki, xətlər arasında əlaqə sıx olsun. İlk 15-20 dəqiqədə bunu istədiyimiz kimi edə bilmədik. Mərkəzdə boşluq verdik. Rəqib də bundan istifadə edirdi. Amma sonradan düzgün oynamağa başladıq”.

Qeyd edək ki, “Sabah” Azərbaycan çempionunu məğlub edərək, 5-ci pilləyə yüksəlib.

İdman.biz