Sertan son dəqiqədə məğlubiyyətdən qaçıb

Xəbərlər
7 Aprel 2024 17:51
131
Sertan son dəqiqədə məğlubiyyətdən qaçıb

Azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi “Manisa” xal itirib.

İdman.biz xəbər verir ki, onun komandası Türkiyə 1-ci Liqasının 29-cu turunda heç-heçə oynayıb.

Səfərdə “Bandırmaspor”un qonağı olan “Manisa” 90+1-ci dəqiqədə məğlubiyyətdən qaça bilib. Sertanın 90 dəqiqə forma geyindiyi qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, son 3 oyunda qələbə qazana bilməyən Taşkının komandası 32 xalla 14-cü pilləni tutur.

İdman.biz

Məqalədə: