“Liverpul” lider olub, Londonda qol şousu - VİDEO

Xəbərlər
5 Aprel 2024 01:29
243
“Liverpul” lider olub, Londonda qol şousu - VİDEO

İngiltərə Premyer Liqasının 31-ci turunun son oyunları məhsuldar keçib.

İdman.biz xəbər verir ki, iki qarşılaşmada qapılara 10 qol vurulub.

“Liverpul” öz meydanında qələbə qazanaraq, lider mövqeyini geri qaytarıb. “Qırmızılar” “Şeffild Yunayted”i 3:1 hesabı ilə məğlub ediblər.

“Çelsi” öz meydanında “Mançester Yunayted”lə oyunda ilk 20 dəqiqədə 2:0 hesabı ilə önə keçsə də, “qırmızı şeytanlar” geridönüş edərək 3 qol vurublar. Amma əsas vaxta əlavə olunmuş dəqiqələrdə “Çelsi” 2 qol vuraraq, 4:3 hesabı ilə qalib gəlib.

Londonluların heyətində Palmer het-trik edib. O, 90+10-cu və 90+11-ci dəqiqələrdə həlledici qolları rəqib qapısından keçirib.

İngiltərə Premyer Liqası
31-ci tur

“Liverpul” – “Şeffild Yunayted” – 3:1

“Çelsi” – “Mançester Yunayted” – 4:3

İdman.biz