Vüsal 20 dəqiqə şans qazanıb

Xəbərlər
17 Mart 2024 17:18
138
Vüsal 20 dəqiqə şans qazanıb

Azərbaycan yığmasının futbolçusu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, o, 27-ci turda “Boluspor”un heyətində meydana çıxıb.

Onun komandası səfərdə “Bodrumspor”un qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Vüsal oyunun 70-ci dəqiqəsində meydana daxil olub və heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, “Boluspor” 43 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz