Azərbaycan İkinci Liqasında altıncı tura start verilib.
İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Qaradağ Lökbatan” doğma meydanda “Zəngəzur”la üz-üzə gəlib. Lökbatan təmsilçisi rəqibini 4:0 hesabı ilə məğlub edib. Əli Əlizadə het-trik edib, digər qola Rəşad Orucov imza atıb. “Zəngəzur”un futbolçusu Tural Qurbatov 89-cu dəqiqədə qırmızı vərəqə alıb.
“Şəmkir” isə səfərdə “Şəki”yə böyük hesabla qalib gəlib – 5:0. Qalib komandanın heyətində E. Abdullayev het-trik edib. R. Allahverdiyev və Ü. Sərıyev də fərqləniblər.
Günün digər matçında “Kür-Araz” “Ağstafa Gəncləri”ni qəbul edib. Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
II Liqa
VI tur
“Qaradağ Lökbatan” - “Zəngəzur” - 4:0
Qollar: Ə. Əlizadə, 6, 21, 87, R. Orucov, 79
Qırmızı vərəqə: T. Qurbatov, 89 (“Zəngəzur”)
“Şəki” - “Şəmkir” - 0:5
Qollar: E. Abdullayev, 24, 38, 66, R. Allahverdiyev, 68, Ü. Sərıyev, 75
“Kür-Araz” - “Ağstafa Gəncləri” - 2:4
Qollar: B. Əliyev, 57, 59 – C. İmamverdiyev, 52, 65, E. Qasımov, 73, E. Namazov, 87
Saatlı OİK stadionu
