Renatdan 5 oyuna 2 xal

Xəbərlər
10 Mart 2024 16:37
317
Renatdan 5 oyuna 2 xal

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” Türkiyə Superliqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun komandası 29-cu turda “Kayserispor”un qonağı olub.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Hatayspor” bununla da son 5 matçda qələbə qazana bilməyib.

Dadaşov 66-cı dəqiqədə meydana daxil olub. O, Halil Dervişoğlunu əvəzləyib.

Qeyd edək ki, “Hatayspor” son 5 oyunda cəmi 2 xal qazanıb. Renatın komandası 30 xalla 16-cı pilləni tutur. Rəqibi isə 36 xalla 12-cidir.

İdman.biz