Kamilo Duranın keçmiş baş məşqçisi “Qarabağ”ın futbolçusundan danışıb

5 İyul 2026 10:59
97
Kamilo Duranın keçmiş baş məşqçisi “Qarabağ”ın futbolçusundan danışıb

“Qarabağ” futbol klubunun kolumbiyalı hücumçusu Kamilo Duran Şotlandiyanın “Seltik” futbol klubunun maraq dairəsindədir.

İdman.Biz “The Scottish Sun”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun “İndependiente Medellin”dəki keçmiş baş məşqçisi Sebastian Botero onun karyerasında növbəti addımı atmağa hazır olduğunu bildirib.

Kolumbiyalı mütəxəssis Duranın çətinliklərdən çəkinməyən xarakterə malik olduğunu söyləyib. Onun sözlərinə görə, futbolçu təzyiq altında daha yaxşı çıxış etməyi bacarır.

Botero Duranın əvvəlcə yarımmüdafiəçi kimi oynadığını, sonradan isə hücum xəttinə keçdiyini qeyd edib. Mütəxəssis bu qərarın futbolçunun inkişafında mühüm rol oynadığını vurğulayıb.

O, Duranın çətin şəraitdə böyüdüyünü, lakin futbola başladıqdan sonra həyatında ciddi dəyişikliklər baş verdiyini bildirib. Botero kolumbiyalının uğurunda təkcə istedadının yox, xarakterinin də böyük rol oynadığını deyib.

Mütəxəssis Duranın vaxtilə Braziliyanın “Flamenqo” klubunda icarə əsasında çıxış etdiyini, lakin zədə səbəbindən transferinin baş tutmadığını da xatırladıb. Buna baxmayaraq, hücumçu sonradan Portuqaliyada, daha sonra isə “Qarabağ”da özünü göstərə bilib.

İdman.Biz