Flavinyo: “Neftçi” Azərbaycan çempionu olmağa layiqdir”

5 İyul 2026 12:39
137
Flavinyo: “Neftçi” Azərbaycan çempionu olmağa layiqdir”

Azərbaycanın “Neftçi” futbol klubunun sabiq yarımmüdafiəçisi Flavinyo komandanın UEFA Konfrans Liqasındakı şanslarından danışıb.

İdman.Biz xəbər verir ki, braziliyalı keçmiş futbolçu “ağ-qaralar”ın hazırkı heyətinin avrokuboklarda uğur qazana biləcəyini deyib.

“Neftçi”ni UEFA Konfrans Liqasına vəsiqə qazanması münasibətilə təbrik edirəm. Ümid edirəm ki, komanda Avropada da uğurlu çıxışını davam etdirəcək və turnirin əsas mərhələsinə yüksələcək”, - deyə Flavinyo sport24.az-a bildirib.

O, baş məşqçi Yuri Vernidubun işini də yüksək qiymətləndirib:

“Komandanın çox yaxşı heyəti var. Yuri Vernidub da yaxşı işlər görür. Düşünürəm ki, o, “Neftçi” ilə Azərbaycan çempionu olacaq. “Neftçi” buna layiq komandadır”.

Qeyd edək ki, Flavinyo 2010-2015-ci illərdə “Neftçi”də çıxış edib. Komandanın liderlərindən biri olan braziliyalı hazırda ölkəsində məşqçi kimi çalışır.

İdman.Biz