“Neftçi”nin iki azarkeşi inzibati qaydada həbs olunub, ikisi cərimələnib - SƏBƏB

Xəbərlər
4 Mart 2024 20:16
289
“Neftçi”nin iki azarkeşi inzibati qaydada həbs olunub, ikisi cərimələnib - SƏBƏB

“Neftçi”nin 4 azarkeşi polis tərəfindən saxlanıb.

İdman.biz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Buna səbəb azarkeşlərin klubun bazası qarşısında etiraz etməsi olub. İctimai asayişi pozan Arif Dadaşov, Ceyhun Quliyev Vasif Rzayev və Sabir Nəzərov müəyyən olunaraq saxlanılıblar.

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Dadaşov 30, Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi” öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə uduzub.

İdman.biz

Məqalədə: