Bundesliqa: “Qarabağ”ın rəqibi fərqi artırıb - VİDEO

Xəbərlər
3 Mart 2024 20:26
363
Bundesliqa: “Qarabağ”ın rəqibi fərqi artırıb - VİDEO

“Qarabağ”ın Avropa Liqasının 1/8 finaldakı rəqibi “Bayer” Almaniya Bundesliqasında növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, Leverkuzen klubu səfərdə “Köln”ə qalib gəlib.

Xabi Alonsonun yetirmələri rəqibi 2:0 hesabı ilə məğlub ediblər. “Bayer”in heyətində Frimponq və Qrimaldo fərqləniblər. Ardıcıl 5-ci qələbəsini qazanan komanda lider mövqeyini bir az da möhkəmləndirib. Leverkuzenlilər “Bavariya”nı 10 xal qabaqlayır.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda baş tutacaq.

İdman.biz