Azər Bağırov: “Hakimlər də yaramızın üstünə duz tökdülər”

Xəbərlər
2 Mart 2024 21:42
Azər Bağırov: “Hakimlər də yaramızın üstünə duz tökdülər”

“Uduzanda çox şeydən danışmaq olmur, səhvləri komanda ilə müzakirə etməlisən”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXV “Sabah” 0:2 hesabı ilə uduzan “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis komandasının oyununu şərh edib: “Meydanda görmək istəmədiyimiz hallar var. Futbolçularla danışmışdıq ki, rəqib əks-hücumda daha çox olacaq. Amma meydanda tam fərqli şeylər gördük. Fasilədən sonra üstünlüyümüz olsa da, qol vura bilmədik. Sağ olsun hakimlər də yaramızın üstünə duz tökdülər. Neçə oyundur ki, hakimlər barədə danışmaq istəmirəm. "Səbail"lə oyundan bu yana qeyri-adi ofsayd xətti çəkilir... Cərimə meydançasında müdaxilədə şaqqıltı səsi bizim yanımıza qədər gəldi. Amma deyirlər topa oynadı. Mən bəhanələr gətirən adam deyiləm. Əlində material varsa, ondan maksimum istifadə etməlisən. Bu gün əlimizdə yetəri qədər material var. Sadəcə qol epizodlarını dəyərləndirə bilmirik. Səhvlərimizin üzərində işləməliyik”.

Qeyd edək ki, 25 oyundan sonra 31 xal toplayan “Araz-Naxçıvan” 8-ci pillədə qərarlaşıb.

İdman.biz