İsveç yığmasını Bakıya gətirəcək baş məşqçi bəlli olub

Xəbərlər
26 Fevral 2024 20:23
350
İsveç yığmasını Bakıya gətirəcək baş məşqçi bəlli olub

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi İsveç yığmasının yeni baş məşqçisinin adı bəlli olub.

İdman.biz xəbər verir ki, rəqib komandaya Yan Dal Tomasson rəhbərlik edəcək.

Danimarkalı mütəxəssislə müqavilə martın 1-dək qüvvəyə minəcək. Tomassonla razılaşma DÇ-2026-nın seçmə mərhələsinin sonuna kimi nəzərdə tutulub. O, bir neçə həftə əvvəl “Blekbern”in baş məşqçi vəzifəsindən istefa verib.

Dal Tomassonun rəhbərliyi ilə isveçlilərin ilk rəsmi oyunu C Liqasında Azərbaycan yığmasına qarşı olacaq. İsveç komandası danimarkalı mütəxəssisin rəhbərliyi ilə sentyabrın 5-də Bakıda millimizlə qarşılaşacaq.

Qeyd edək ki, İsveç millisi yayda təşkil olunacaq Avropa çempionatına vəsiqə qazana bilməyib.

İdman.biz