“Karvan-Yevlax” futbol klubu ötən ay müqavilə imzaladığı Nemət Şixamirovla yolları ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, N.Şıxamirovla avqustda imzalanan müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə idi.
