Azər Bağırov: “Əleyhimizə o qədər qərarlar görürük ki...”

Xəbərlər
25 Fevral 2024 19:21
151
Azər Bağırov: “Əleyhimizə o qədər qərarlar görürük ki...”

“Birinci hissədə istədiyimiz kimi mübarizə apardıq. 60-cı dəqiqədən sonra oyundan düşdük və uduzduq. Toparlanıb qarşıdakı oyunlara köklənmək və bu matçı unutmaq lazımdır”.

İdman.biz xəbər verir ki, bunu öz meydanında 0:3 hesabı ilə “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXIV turunda “Zirə” məğlubiyyəti şərh edib: “Son dönəmlərdə əleyhimizə, leyhimizə o qədər qərarlar görürük ki... Çoxu da əleyhimizə olur. Xətti necə çəkirlər... Ondan qabaq da qol epizodlarımız oldu. Qol vursaydıq, tam başqa cür olardı. Belə oyunları uduzanda təsir edir. Çünki ilk yarıda istədiyimizi edirdik.Hər üç qol epizodunu da özümüz verdik. İki qol da rekaşetdən sonra vuruldu. Biz özümüz özümüzə qol epizodları yaratdıq. Səhvlərimizdən istifadə etdilər. "Zirə" bizim üçün böyük ölçüdə çətinlik yaratmadı. 60-cı dəqiqədən sonra demək olar ki, uşaqlar sındılar”.

Qeyd edək ki, “Araz-Naxçıvan” 31 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb.

İdman.biz