0:4 hesabı Cəlalın baş məşqçisinə bağışlanılmayıb

Xəbərlər
25 Fevral 2024 18:28
303
0:4 hesabı Cəlalın baş məşqçisinə bağışlanılmayıb

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” baş məşqçi ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, Aleksandr Tunçevlə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

Bu barədə Kardcali klubu rəsmi məlumat yayıb. “Arda” Bolqarıstan çempionatında keçirdiyi son 4 matçda uduzub. Dünən “Levski”yə 0:4 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi baş məşqçi ilə əməkdaşlığa son qoyub.

Qeyd edək ki, “Arda” 22 turdan sonra 31 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: