Dadaşov komandasını məğlubiyyətdən xilas edə bilməyib

Xəbərlər
24 Fevral 2024 22:06
344
Dadaşov komandasını məğlubiyyətdən xilas edə bilməyib

Azərbaycanın yığmasının üzvü Renat Dadaşov Türkiyə Superliqasında uduzub.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Hatayspor” 27-ci turda “Konyaspor”a məğlub olub.

Dadaşov matça ehtiyat oyunçular skamyasında başlayıb. Renat görüşün 71-ci dəqiqəsində, hesab 0:2 olarkən meydana daxil olub. Son 3 oyunda qələbə qazana bilməyən “Hatayspor” 29 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Renatın komandası 28-ci turda öz meydanında “Fənərbaxça” ilə qarşılaşacaq.

İdman.biz