Bundesliqa: “Qarabağ”ın rəqibi itkisiz irəliləyir

Xəbərlər
24 Fevral 2024 01:23
165
Bundesliqa: “Qarabağ”ın rəqibi itkisiz irəliləyir

“Qarabağ”ın Avropa Liqasının 1/8 finaldakı rəqibi Almaniya Bundesliqasında qələbə qazanıb.

İdman.biz xəbər verir ki, “Bayer” 23-cü turda öz meydanında “Maynts”a qalib gəlib.

Qarşılaşma Xabi Alonsonun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Leverkuzen klubunun heyətində Caka və Andrix fərqləniblər. Məğlubiyyətsiz seriyanı davam etdirən “Bayer” ən yaxın rəqibi “Bavariya” ilə xal fərqini 11-ə yüksəldib.

Qeyd edək ki, leverkuzenlilər Bundesliqada keçirdikləri 23 matçın 19-da qələbə qazanıb, 4-də heç-heçə oynayıblar.

İdman.biz