Mirzov "Neftçi"yə keçmək üçün tibbi müayinədən keçib

Xəbərlər
5 Sentyabr 2023 08:52
63
Mirzov "Neftçi"yə keçmək üçün tibbi müayinədən keçib

"Ximki"nin sabiq yarımmüdafiəçisi Reziuan Mirzov Azərbaycan "Neftçi"sinin futbolçusu olmaq üçün artıq tibbi müayinədən keçib.

İdman.biz xəbər verir ki, bu barədə jurnalist İvan Karpov öz Telegram kanalında məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mirzov klubla sabah, sentyabrın 5-də 2024-cü il mayın 31-dək müqavilə imzalayacaq.

Hazırda Mirzov azad agent statusundadır. 30 yaşlı futbolçunun son klubu "Ximki" olub.

Futbolçu 2020-ci ildən "Ximki"nin rənglərini qoruyub, Moskva vilayətinin komandasında 67 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib. Ötən mövsüm Reziuan Mirzov 27 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

İdman.biz