“Neftçi”də zədəlilərin durumu: İvan Brkiç sıraya dönür

Xəbərlər
18 Fevral 2024 00:00
126
“Neftçi”də zədəlilərin durumu: İvan Brkiç sıraya dönür

“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Klubdan İdman.bizə verilən məlumata görə, “Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında zədələnən Andre Şinyaşiki fərdi olaraq hazırlıq keçir.

Uzun müddətdir zədəli olan İvan Brkiçin növbəti həftədən komanda ilə məşqlərə qoşulacağı gözlənilir. Emil Balayev, eləcə də Fələstin millisində zədələnən Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.

Qeyd edək ki, “ağ-qaralar” Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi Arena”da “Zirə” ilə oynayacaq. Matç fevralın 18-də olacaq.

İdman.biz