Millimiz dünya çempionu ilə qarşılaşacaq

Xəbərlər
12 Fevral 2024 23:43
177
Millimiz dünya çempionu ilə qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək beynəlxalq turnirə dəvət alıb.

İdman.biz xəbər verir ki, EMF Millətlər Liqası adlanan yarışda 5 komanda iştirak edəcək.

Aprel 30-dan may 1-dək davam edəcək turnirdə millimizlə yanaşı son dünya çempionu Rumıniya, Bosniya və Hersoqovina, Albaniya və Monteneqro komandaları mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdən əvvəl Azərbaycan yığması Monteneqronun Herseq Novi şəhərində bir həftəlik təlim-məşq toplanışı keçəcək.

İdman.biz