Ruslar Aleksandr Kerjakovu “Sabah”a gətirir, klub isə təkzib edir

Xəbərlər
12 Fevral 2024 15:59
689
Ruslar Aleksandr Kerjakovu “Sabah”a gətirir, klub isə təkzib edir

Rusiya millisinin sabiq futbolçusu Aleksandr Kerjakov “Sabah”ın baş məşqçisi təyin oluna bilər.

İdman.biz xəbər verir ki, bunu Rusiyanın “sport-express” nəşri iddia edir.

Bildirilir ki, mütəxəssis Murad Musayevin istefasından sonra baş məşqçi axtarışında olan Bakı klubu ilə danışıqlar aparır. Kerjakovun xidmətində Özbəkistan təmsilçilərindən biri də maraqlıdır.

41 yaşlı mütəxəssis də xarici klublardan biri ilə danışıq apardığını gizlətməyib: “Hazırda danışıqlar mərhələsindəyik. Xarici, yoxsa Rusiya klubudur? Rusiyadan təklif olmayıb və indi də yoxdur”.

“Sabah”ın mətbuat katibi Elnur Həmidov isə Rusiyanın “sport24” portalına açıqlamasında bu variantı təkzib edib: “Aleksandr Kerjakovun “Sabah”ın baş məşqçisi təyin olunması ilə bağlı söhbət olmayıb”.

Qeyd edək ki, Musayev Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la ilk oyunundakı 1:7 hesablı məğlubiyyətdən sonra postundan ayrılıb.

İdman.biz

Məqalədə: