“Zirə” yarımfinalda, "Qarabağ" - "Sabah" matçında 7 qol - VİDEO

Xəbərlər
8 Fevral 2024 21:51
278
“Zirə” yarımfinalda, "Qarabağ" - "Sabah" matçında 7 qol - VİDEO

Bu gün Azərbaycan kubokunun cavab matçlarına start verilib.

İdman.biz xəbər verir ki, ilk gündə iki qarşılaşma baş tutub.

Hər iki oyun paytaxtda keçirilib. Günün ilk matçında “Zirə” “Səbail”ə qalib gəlib. İlk görüşdə 2:1 hesabı ilə qələbə qazanan “qartallar” bu dəfə rəqibin qapısından3 cavabsız top keçiriblər.

Günün digər qarşılaşmasında məhsuldar alınıb. “Sabah”la “Qarabağ” arasında ilk görüşdə qapılara 8 qol vurulmuşdusa, bu dəfə tərəflər 7 qola seviniblər. "Sabah" 4:3 hesablı qələbə qazanıb. İlk görüşdə 7:1 uğur əldə "Qarabağ" yarımfinala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər cütündə "Neftçi" "Sumqayıt"ı, "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları
8 fevral (cümə axşamı)
17:00. “Zirə” – “Səbail” - 3:0
Qollar:
Abbas İbrahim, 4, Rəhim Sadıxov, 41. Rafael Utziq, 74

https://t.me/+tujAqrhgILw4OGNi

Baş hakim: Elçin Məsiyev

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato (k), 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq
Baş məşqçi: Rəşad Sadıqov
“Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 21. Anas Najah, 7. Madi Queta, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 2:1

20:00. “Qarabağ” – “Sabah” - 3:4
Qollar:
Hamidu Keyta, 30. Adama Diakabi, 61. Maruan Hadudi, 74 (öz qapısına) - Kristian da Silva, 5. Jarl Marqarita, 27. İshak Belfodil, 58; 69 (pen.)
“Qarabağ”: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 71. Qurban Məhərrəmov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15 Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vinsent Til, 27. Jarl Marqarita
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal
Məşqçi: Ruslan Qafitullin
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 7:1

İdman.biz