PAOK-un futbolçusu: “Neftçi”dən təklif gəlsə belə Azərbaycana qayıtmaq fikrim yoxdur” – MÜSAHİBƏ

Müsahibə
7 Fevral 2024 15:19
964
PAOK-un futbolçusu: “Neftçi”dən təklif gəlsə belə Azərbaycana qayıtmaq fikrim yoxdur” – MÜSAHİBƏ

Azərbaycan millisinin və Yunanıstanın PAOK klubunun futbolçusu Ayşən Əhmədovanın İdman.biz saytına müsahibəsi

- Super Liqanın liderində işlərin necə gedir. Ola bilər ki, qısa müddətli müqaviləni artırasan?

- Mövsümün sonuna qədər PAOK-da olacağam. Qalıb və ya getməyimə ondan sonra düşünüb qərar verəcəyəm.

- Çempionatın XIV turunda millidən komanda yoldaşın Vüsalə Seyfəddinovaya qarşı oynadın. Təssüratların necədir?

- Vüsaləyə qarşı oynamaq çox maraqlı idi. Onu gördüyüm üçün çox sevindim. İnanıram ki, Seyfəddinovanın Yunanıstan koryerası uğurlu alınacaq.

- Vüsalə saytımıza müsahibəsində Türkiyə çempionatının daha güclü olduğunu bildirib. Siz necə düşünürsüz?

- Mən belə düşünmürəm.

- Yəni Yunanıstan Super Liqasının səviyyəsi daha yüksəkdir?

- Bu çempionat daha peşəkardır. Bütün komandalar öz hədəflərinə kökləniblər. Eyni zamanda, bu, PAOK-da da belədir. Hər şey burda rahatdır və klub bir ailə kimidir. Qələbələr də bunun nəticəsində gəlir.

- Əgər PAOK-da qalmasan, getmək istədiyin komanda artıq bəllidir?

-⁠ 23 yaşım var və Avropada karyeramı davam etdirmək istəyirəm.

- Bəs “Neftçi”yə yeni baş məşqçi təyin olunan millinin çalışdırıcısı Siyasət Əsgərov təklif göndərsə, Azərbaycana qayıdarsan?

- Hələ ki, Azərbaycana qayıtmaq fikrim yoxdur. Bunu gələcəkdə düşünə bilərəm.

Emin Ağa
İdman.biz

Məqalədə: