Amildən 50-ci qol

6 Fevral 2024 10:27
524
Amildən 50-ci qol

Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

İdman.biz xəbər verir ki, “Kəpəz”in 31 yaşlı hücumçusunun yubileyi Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib.

Yunanov klubunun “Araz-Naxçıvan”la qarşılaşmasında (3:1) son qolun müəllifi olub.

Yunanov Premyer Liqadakı 191-ci oyununda “50”yə çatıb. Forvardın orta məhsuldarlığı 0,26-ya bərabərdir.

Bu, hücumçunun “Kəpəz”də ilk qolu olub. O, bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də isə 1 dəfə fərqlənib.

Qeyd edək ki, Amil Premyer Liqada ilk qolunu 2011/12 mövsümündə vurub. O, 2012-ci il mayın 11-də “Qəbələ”nin “Neftçi” ilə səfər görüşündə həlledici topa imza atıb – 1:0.

İdman.biz