Ruslan Qafitullin: “Nəyisə dəyişmək bir az çətin məsələdir”

Xəbərlər
3 Fevral 2024 20:23
236
Ruslan Qafitullin: “Nəyisə dəyişmək bir az çətin məsələdir”

“Maraqlı görüş alındı. İlk 15-20 dəqiqədə "Turan Tovuz" çox yaxşı və aqressiv oynadı”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın məşqçisi Ruslan Qafitullin deyib.

Azərbaycan Premyer Liqasının XXI turunda öz meydanında “Turan Tovuz”la (1:1) heç-heçə oynayan komandanın məşqçisi təhlükəli epizodlar yarada bilmədiklərini bildirib: “Ondan sonra biz daha çox topa nəzarət edirdik. İkinci hissədə rəqibin cərimə meydançasına yaxınlaşsaq da, təhlükəli epizodlar olmadı. İki gün ərzində nəyisə dəyişmək bir az çətin məsələdir. İqor Ponomaryov çalışırdı ki, motivasiyanı qaldırsın. O özü görürdü ki, uşaqlara psixoloji cəhətdən təsir edib. İki ildən çoxdur ki, Murad Musayevlə bir yerdə işləyirdik”.

Qeyd edək ki, Murad Musayevin komandanı tərk etməsindən sonra “Turan Tovuz”la qarşılaşmada “Sabah”a İqor Ponomaryov rəhbərlik edib.

İdman.biz

Məqalədə: