Murad Musayev: "Hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi"

Xəbərlər
30 Yanvar 2024 22:28
218
Murad Musayev: "Hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi"

"Mən günahkaram. Məşqçi mənəm, keyfiyyətə görə, məsuliyyət daşıyıram".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunda "Qarabağ"a 1:7 hesablı məğlubiyyətdən sonra deyib.

Rusiyalı mütəxəssis bəhanə axtarmaq niyyətində olmadığını bildirib. Musayev birinci hissədə rəqibə 3 qol hədiyyə etdiklərini vurğulayıb: "Rəqib bütün komponentlərdə bizdən üstün idi. Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil. Günahkar özümüzük. İlk hissədə rəqibə 3 qol hədiyyə verdik. Ondan sonra artıq hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi".

Qeyd edək ki, "Sabah"la "Qarabağ" arasında cavab matçı fevralın 8-də baş tutacaq.

İdman.biz