“Dalğa Arena”da heç-heçə, Sumqayıtda 5 qol - VİDEO

Xəbərlər
31 Yanvar 2024 20:57
262
“Dalğa Arena”da heç-heçə, Sumqayıtda 5 qol - VİDEO

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

İdman.biz xəbər verir ki, mərhələnin ikinci günündə 2 matç baş tutub.

“Dalğa Arena”da bölgə təmsilçiləri üz-üzə gəlib və qalib müəyyənləşməyib. “Araz-Naxçıvan” - “Qəbələ” matçında komandalar hərəyə bir dəfə fərqləniblər.

Sumqayıtda şəhərin eyniadlı komandası “Neftçi”yə uduzub. Qonaq komanda fasiləyə kimi 3 qol vurub. Əvvəlcə Boqomolski hesabı açıb. Emin Mahmudov hisssənin sonlarında 3 dəqiqəyə iki qol vuraraq, uğurda böyük pay sahibi olub. Meydan sahibləri ikinci hissədə daha fəal oynayıblar və buraxılan qollardan ikisinin əvəzini çxa biliblər.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da keçiriləcək.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ” - 1:1
Qollar:
Elvis Maşike, 45+1 - Samuel Tetteh, 11
Baş hakim: Rauf Allahverdiyev
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
“Qəbələ”: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 3. Zurab Oçiqava, 6. Feras Abu Akal, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Baş məşqçi: Elmar Baxşıyev
“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi” - 2:3
Qollar:
Elvin Bədəlov, 60. Kasimir Ninqa, 89 - Yeqor Boqomolski, 29. Emin Mahmudov, 44 (pen.); 45+2
Baş hakim: Rəşad Əhmədov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 10. Kamran Aliev
Baş məşqçi: Samir Abasov
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 88. Brayan Moreno, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç
“Kapital Bank Arena”

İdman.biz